Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4390,5 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.7 faiz azalıb.
Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.
Neft məhsullarından mazut istehsalı 4.8 dəfə, sürtkü yağları istehsalı 17.8 faiz, ağ neft
istehsalı 1.6 faiz artmış, avtomobil benzini istehsalı 9.4 faiz, neft bitumu istehsalı 7.7 faiz, neft koksu istehsalı isə 18.1 faiz azalıb.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 210.8 min ton həcmində avtomobil benzini istehsal edilib. Ötən ilin eyni dövründə bu göstərici 1 201 min ton olub.
Avtomobil benzininin 01.12.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 5 min ton təşkil edir.