9 C
Baku
Sunday, November 17, 2024

Bu il Azərbaycanda bir neçə beynəlxalq hotel brendinin fəaliyyətə başlayacağı gözlənilir

“Bu il ölkəmizdə bir neçə beynəlxalq hotel brendinin fəaliyyətə başlayacağı gözlənilir”.

Bunu Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov Turizm Sənayesi Subyektlərinin Forumunda deyib.

O bildirib ki, 2022-ci ildə ölkədə hotel sayı 757, nömrələrin sayı 27 312, çarpayı sayı isə 56 562 olub.

“Çox şadıq ki, doğma Qarabağımızda turizmin inkişafı üçün tədbirlər görülür. İnanırıq ki, tezliklə işğaldan azad edilmiş ərazilərimizdə bir sıra investorlar tərəfindən beynəlxalq hotel şəbəkələrini görəcəyik. İnanırıq ki, 2024-cü ildən etibarən Azərbaycanda qonaqpərvərlik və hotelçilik sənayesi sahəsində yeni bir dövrə qədəm qoyulacaq”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər