7 C
Baku
Thursday, December 12, 2024

Bu il Azərbaycanda elektrik enerjisi tarifləri dəyişməyəcək

“Azərenerji” ASC 2017-ci ildə elektrik enerjisi tariflərinə yenidən baxmağı nəzərdən keçirmir. Bu barədə “Standard&Poor`s Global Ratings” (S&P) yaydığı məlumatda deyilir.

“2016-cı ilin dekabrında “Azərenerji” ASC tarifləri təxminən 33% artırıb. Bununla dövlət şirkəti SOCAR-dan aldığı qazın qiymətindəki 50%-lik artımı kompensasiya etmiş oldu. Biz bu il tariflərə yenidən baxılacağını gözləmirik”, – deyə agentliyin mütəxəssisləri bildirib.

S&P qeyd edib ki, sonuncu tarif artımı “Azərenerji” ASC-nin maliyyə nəticələrinə təsir etməyib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər