22 C
Baku
Thursday, May 2, 2024

Bu il Azərbaycanda elektron rəqabət portalı yaradılacaq

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən elektron rəqabət portalının hazırlanması üzərində işlər aparılır.

Bu barədə qurumun rəisi Məmməd Abbasbəyli ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

“Ümid edirik ki, bu il ərzində elektron rəqabət portalı hazır olacaq. Bu portal mərkəzi informasiya bazası deməkdir. Dövlət satınalmlar portalı, keyfiyyət portalı və istehlakçıların hüquqlarının müdafiəsi istiqamətindəki müəyyən elektron tətbiqlər mərkəzi informasiya bazasının sub elementləridi. Bunlar hamısı elektron rəqabət portalının tərkib hissəsi olacaq”, – o, qeyd edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər