Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına əsasən, cari ilin sentyabr ayının sonunda ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb. Banker.az AMB-yə istinadən xəbər verir ki, 2022-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2247 mln. manat təşkil edib.
Həyata keçirilən nağdsız ödənişlərin 1737 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 507 mln. manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib. Sentyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 45.7%-ni təşkil edib.