2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda gömrük xətti ilə büdcə daxilolmaları 3 mlrd. 20 mln. 283.7 min manat təşkil edib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, daxilolmaların 2 mlrd. 151 mln. 566.10 min manatı və ya 71.2%-i ƏDV üzrə, 748 mln. 471.10 min manatı və ya 24.8%-i gömrük rüsumları üzrə, 85 mln. 361.70 min manatı və ya 2.8%-i aksizlər üzrə, 34 mln. 884.80 min manatı və ya 1.2%-i yol vergisi üzrə olub.
Qeyd edək ki, ötən ilin yanvar-iyul aylarında gömrük daxilolmaları 2 mlrd. 424 mln. 32.30 min manat idi. Beləliklə, bu göstəricilər gömrük daxilolmalarında illik müqayisədə 24.6% artımı bildirir.