İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) bu il “Milli ixrac strategiyası”nın təsdiq edilməsini gözləyir.
Bunu Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda Agentliyin sədrinin müşaviri Tural Hacılı bildirib.
“Strategiya yaxın 4 ili əhatə edəcək, Azərbaycan icracına müsbət təsir göstərəcək. Dürüstləşmiş məlumatlara görə, ötən il Azərbaycanın qeyri-neft ixracının dəyəri 12 % artaraq 3 milyard ABŞ dollarını keçib. Belə artıma kənd təsərrüfatı məhsullarının emalı – emal sənayesi məhsullarının ixracı sayəsində nail olunub. Bu, bizim üçün böyük nailiyyətdir, müstəqillik tariximizdə qeydə alınmış ən yüksək göstəricidir”, – deyə o qeyd edib.