12 C
Baku
Saturday, November 23, 2024

Bu il Azərbaycanda orta illik inflyasiya 8,7% təşkil edəcək – “Fitch”

“Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyinin yenilənmiş gözləntilərinə görə, bu il Azərbaycanda orta illik inflyasiya 8,7% təşkil edəcək. Bu, dekabr proqnozu ilə müqayisədə 2,3 faiz çoxdur.

“Bir sıra ölkələrdə əsas məhsullar üzrə qiymət nəzarəti tətbiq edilib və ya genişləndirilib ki, bu da fiskal xərclərə gətirib çıxaracaq. Lakin bu artım əmtəə qiymətlərinin təsirlərinə nisbətən cüzi olacaq. Ölkələrin monetar siyasətləri də sərtləşməyə davam edəcək ki, bu da qiymət artımının templərini daha da yavaşladacaq”, – “Fitch” qeyd edib.

Xatırladaq ki, Asiya İnkişaf Bankının son proqnozuna görə, Azərbaycanda istehlak qiymətlərinin orta illik artımı 2022-ci ildə 7% təşkil edəcək. 2023-cü ildə isə orta illik infyasiyanın zəifləyərək 5,3% səviyyəsinə enəcəyi proqnozlaşdırılır. Ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər