15 C
Baku
Sunday, November 24, 2024

Bu il Azərbaycanda POS-terminallar vasitəsilə ödənişlərdə ağıllı cihazlardan istifadə 27% olub

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda POS-terminallar vasitəsilə ödənişlərdə ağıllı cihazlardan istifadə 27% təşkil edib.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi Rəşad Qasımov media nümayəndələri üçün təşkil olunan “Ödənişlərin təhlükəsizliyi və kibertəhlükəsizlik” mövzusunda təlimdə çıxışı zamanı deyib.

“Əvvəllər məqsədimiz nağd ödənişlərin kart ödənişləri ilə əvəz olunması üçün vətəndaşlar arasında maarifləndirici tədbirlər aparmaq idisə, hazırda nağdsız ödənişlərin kart olmadan, yəni ağıllı cihazlar vasitəsilə həyata keçirilməsini təşviq edirik. Bu, vətəndaşların ödənişlər zamanı kart məlumatlarının oğurlanması ehtimalının, fırıldaqçılıq hallarının qarşısını almaqda rol oynayır”, – deyə R. Qasımov bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər