12 C
Baku
Tuesday, November 19, 2024

Bu il Azərbaycanda şəkər istehsalı kəskin artıb

Bu ilin ilk 10 ayı ərzində Azərbaycanda qənd və şəkər tozunun istehsalı 51.1% artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitədən bildirilir ki, 2021-ci ilin yanvar-oktyabr aylarında 282.9 min ton qənd və şəkər tozu istehsal olunub. 01.11.2021-ci il vəziyyətinə qənd və şəkər tozu ehtiyatı 21 min ton təşkil edir.

Qeyd edək ki, Azərbaycandan şəkər ixracında da kəskin artım müşahidə olunur. Belə ki, bu ilin yanvar-sentyabr aylarında ixrac olunan şəkərin miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.7 dəfə artaraq 49625.1 ton, məbləği isə 2.1 dəfə artaraq 26057.1 min dollar olub.

Cari ilin yanvar-sentyabr aylarında 255.4 min ton həcmində, 120158.3 min dollar dəyərində xam şəkər və şəkər isə idxal olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 3.4% və 42.7% çoxdur.

Son xəbərlər
Digər xəbərlər