Azərbaycan sığorta bazarı 2024-cü ildə 15-18% civarında böyüyə bilər.
Bunu Azərbaycan Sığortaçılar Assosasiyasının icraçı direktoru Elmar Mirsalayev deyib.
E. Mirsalayev bildirib ki, sektorun inkişafı üçün planlaşdırılan bütün yenilikləri tətbiq edilsə, bu il sığorta bazarı 15-18% civarında artacaq:”Bu təbii ki, aşağı hədəfimizdir. Sığorta yığımlarında artımın daha çox daşınmaz əmlakın icbari sığortasında və könüllü sığorta növlərində olacağını düşünürəm”.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda sığorta yığımları 1 mlrd. 223 milyon manata çatıb. Bu isə 2022-ci illə müqayisədə 26% və ya 253 milyon manat çoxdur.