7 C
Baku
Thursday, December 12, 2024

“Bu il Azərbaycanda sığorta bazarının 18%-dək artacağı gözlənilir”

Azərbaycan sığorta bazarı 2024-cü ildə 15-18% civarında böyüyə bilər.

Bunu Azərbaycan Sığortaçılar Assosasiyasının icraçı direktoru Elmar Mirsalayev deyib.

E. Mirsalayev bildirib ki, sektorun inkişafı üçün planlaşdırılan bütün yenilikləri tətbiq edilsə, bu il sığorta bazarı 15-18% civarında artacaq:”Bu təbii ki, aşağı hədəfimizdir. Sığorta yığımlarında artımın daha çox daşınmaz əmlakın icbari sığortasında və könüllü sığorta növlərində olacağını düşünürəm”.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda sığorta yığımları 1 mlrd. 223 milyon manata çatıb. Bu isə 2022-ci illə müqayisədə 26% və ya 253 milyon manat çoxdur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər