6 C
Baku
Sunday, December 15, 2024

Bu il Azərbaycanda xarici ticarət dinamikası necə olub? – Qrafik

2021-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi iyul ayında öz maksimumuna çatıb. Belə ki, iyul ayı ərzində xarici ticarət dövriyyəmiz $3 489.41 mln-a çatıb. Bu ilin ilk 10 ayında xarici ticarət dövriyyəsində ən aşağı göstərici isə may ayında müşahidə olunub: $1 925.55 mln.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin təqdim etdiyi statistikaya istinadən xəbər verir.

Həmçinin ilk 10 ayın ixrac maksimumu və ən yüksək saldo da iyul ayında müşahidə olunub. Bu göstəricilər müvafiq olaraq $2 582.23 mln və $1 675.04 mln olub.

Komitənin təqdim etdiyi statistikaya əsasən deyə bilərik ki, iyul ayından sonra ən çox ixrac əməliyyatlarının həyata keçirildiyi  aylar aprel ($2 226.25 mln) və oktyabrdır ($2 219.1 mln). Cari ilin ilk 10 ayı ərzində may ayında ən az ixrac əməliyyatları aparılıb: $1 062.9 mln.

Komitənin hesabatına əsasən, cari il ərzində idxal dinamikası düz xətt üzrə gedib. Belə ki, ən çox idxal əməliyyatının müşahidə olunduğu avqust ayında bu göstərici $1 051.64 mln, ən az idxal əməliyyatı həyata keçirilmiş yanvar ayında isə $790.33 mln olub.

İl ərzində Azərbaycanın xarici ticarət saldosu bütün aylarda müsbət olub və ən yüksək göstəricilər ixracın yüksək olduğu aylarda – aprel ($1 227.64 mln), iyul ($1 675.04 mln), oktyabrda ($1 229.13 mln) müşahidə olunub.

dinamika

Son xəbərlər
Digər xəbərlər