23 C
Baku
Tuesday, April 23, 2024

Bu il Azərbaycanda yüklərin 57.5%-i avtomobil nəqliyyatı ilə daşınıb

2021-ci ilin yanvar-oktyabr aylarında nəqliyyat sektorunda ümumilikdə 156 892.1 min ton yük daşınıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.9% artım deməkdir.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesabatda bildirilir.

Hesabata əsasən, dəmir yolu və hava ilə yük daşınmalarında müvafiq olaraq 1.8% və 14.5% artım olub. Belə ki, dəmir yolu ilə 12 265.3 min ton, hava nəqliyyatı ilə 410.6 min ton yük daşınıb.

Dəniz yolu və avtomobil ilə yük daşınmalarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 9.2% və 1.9% azalma müşahidə olunub. Belə ki, dəniz yolu ilə 4 481.7 min ton, avtomobil ilə 90 173.2 min ton yük daşınıb.

Boru kəməri ilə daşınmalar ötən il ilə müqayisədə 7.1% artaraq 49 561.3 min ton olub. Qaz kəməri ilə daşınmalar 20.4% artaraq 20 471.6 min ton olduğu halda, neft kəməri ilə daşınmalar 0.7% azalaraq 29 089.7 min tona çatıb.

Banker.az-ın araşdırmasına görə, bu ilin yanvar-oktyabr aylarında daşınan yük 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 18.2% azdır. O cümlədən, dəmir yolu ilə yük daşınmalarında 2.2%, dəniz yolu ilə 8.4%, avtomobil yolu ilə yük daşınmalarda isə 28.4% azalma var. Hava yolu ilə yük daşınmaları isə 2 dəfədən çox – 158.1%  artıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər