2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələrin adları məlum olub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, bəhs olunan dövrdə Azərbaycana ən çox məhsul Rusiya idxal edib.
7 ayda idxalda əsas ölkələrin siyahısında ilk sırada Rusiyadan sonra Türkiyə və Çin qərarlaşıb. Rusiyadan idxalın dəyəri 1 062 923 min ABŞ dolları, Türkiyədən 962 355 min dollar, Çindən isə 835.208 min dollar olub.