Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatının həcmi 22.7 milyon ton, ixracı isə 19 milyon ton olub.
Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir əlavə edib ki, bu dövrdə 5% artımla hasil edilmiş 36.1 milyard kubmetr təbii qazın isə 17.8 milyard kubmetri ixrac olunub.