-3 C
Baku
Sunday, December 15, 2024

Bu il plastmassa ölkəyə 127 milyondan çox gəlir qazandırsa da, ixracı azalıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan xaricə 169 min 836 ton plastmassa  və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ixrac edilən məhsulun dəyəri 127 milyon 607 min ABŞ dolları olub.

Qeyd edək ki, keçən ilin eyni dövründə Azərbaycana 161 milyon 186 min ABŞ dolları dəyərində 217 min 927 ton plastmassa və onlardan hazırlanan məlumatlar ixrac edilib ki, bu da cari ilin eyni dövrü ilə müqayisədə 33 milyon 578 min ABŞ dolları (21%) və ya 48 min 91 ton ( 22%) azalma deməkdir.

 

Son xəbərlər
Digər xəbərlər