2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə 92.5 min ton yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9.75 faiz azdır.
Banker.az xəbər verir ki, beynəlxalq reyslər üzrə daşınmış yük 91.6 min ton təşkil edib və bu da əvvəlki ilin göstəricisindən 9.5 faiz aşağıdır.
Yük daşınmasından əldə olunan gəlirlər 576.4 milyon manata bərabər olub və bu, ötən ilin ilk rübü ilə müqayisədə 6.2 faiz azalma deməkdir. Bunun da 576.1 milyon manatı beynəlxalq daşımaların payına düşür.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən isə, yük dövriyyəsi 754.4 milyon ton-kilometrə bərabər olub və bu göstərici ötən ilin ilk rübü ilə müqayisədə 11.2 faiz azalıb. Yük dövriyyəsinin 753.8 milyon ton-kilometri beynəlxalq, 0.6 milyon ton-kilometri isə daxili daşımaların payına düşür. Daxili daşımalar üzrə yük dövriyyəsi 25 faiz azalıb.