Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 644,4 mln. manatlıq xidmət göstərib ki, onun da 71,9%-i əhali tərəfindən istehlak olunub.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 11,1% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1%-i qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 50,1%-i və ya 323,1 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.