9 C
Baku
Monday, November 18, 2024

Bu il Azərbaycanın qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi – Siyahı

Bu ilin avqust ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (54.4 milyon ABŞ dolları), Türkiyəyə  (48 milyon ABŞ dolları), İsveçrəyə  (25.5 milyon ABŞ dolları), Gürcüstana (15.4 milyon ABŞ dolları) və ABŞ (14.3 milyon ABŞ dolları)  ixrac edilib.

Bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin sentyabr sayında bildirilir.

2021-ci ilin yanvar-avqust ayları ərzində Rusiyaya 522.3 milyon ABŞ dolları, Türkiyəyə 407.3 milyon ABŞ dolları, İsveçrəyə 154.9 milyon ABŞ dolları, Gürcüstana  109.5  milyon ABŞ dolları və ABŞ-a 48 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Son xəbərlər
Digər xəbərlər