23 C
Baku
Saturday, September 28, 2024

Bu il Azərbaycanın xaricdə 20 nəfər yeni diplomatik missiya rəhbəri təyinatı həyata keçirilib

Bu il Azərbaycanın xaricdə 20 nəfər yeni diplomatik missiya rəhbəri təyinatı həyata keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair yaydığı məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, Xarici İşlər Nazirliyinin kadr təminatı prosesinin təkmilləşdirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi ilə aparılan hərtərəfli müzakirələrin nəticəsində mərkəzləşdirilmiş qaydada iki əsas mərhələdən (yazılı imtahan və müsahibə) ibarət müsabiqə prosesi təşkil edilib.

500-ə yaxın ümumi namizəddən bütün imtahan mərhələlərini uğurla keçən 67 nəfərdən 38-i işə qəbul edilib, digər namizədlərin yaxın aylarda diplomatik xidmətə qəbul edilməsi nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər