17 C
Baku
Wednesday, May 8, 2024

Bu il “Bakı Metropoliteni”nin şaxtalarında 16 ventilyator quraşdırılacaq

“Əvvəlcədən planlaşdırıldığı kimi, bu il “Bakı Metropoliteni” QSC-nin şaxtalarında 16 ventilyator quraşdırılacaq”.

Bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərionə görə, ventilyatorlardan 7-si ölkəyə fevral-mart aylarında gətiriləcək.

“Yeni ventolyatorların 10-u metronun “Qırmızı” və “Yaşıl” xətləri üçün nəzərdə tutulub. Ötən il olduğu kimi bu il də həmin ventolyatorlar fibroopltik kabellər vasitəsi ilə SCADA sisteminə birləşdiriləcək. Ötən həftə qərar verildi ki, bu ventilyatorların yay dövrünə qədər quraşdırılması üçün ilkin hazırlıq işləri görülsün”, – deyə o, qeyd edib.

Xatırladaq ki, ötən il Bakı metrosunda 7 ventilyator quraşdırılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər