16 C
Baku
Wednesday, May 1, 2024

Bu il Bakıda dövlətə və vətəndaşlara vurulmuş 1,6 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib

Bu ilin I yarımilində Bakı şəhər prokurorluq orqanları tərəfindən hesabat dövründə 122 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 83 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.

Bu barədə Bakı Şəhər Prokurorluğunda I yarımilə həsr olunan əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, paytaxt üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 3 milyon 139 min 311 manat məbləğində maddi ziyanın 1 milyon 659 min 584 manatının və ya 52,9 %-nin ödənilməsi təmin olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər