Bu il Biləsuvar rayonunda pambıq əkini aparılan sahələr artıb.
Bu il 7 min hektara yaxın sahədə çiyid səpini aparılıb.
Fermerlər bu il pambıq əkini həyata keçirmək üçün “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq ASK” MMC, “P-AQRO” MMC, “Azərpambıq ASK” ASC-nin Təcrübə Sınaq Təsərrüfatı, “Cotton Traede” MMC ilə müqavilə bağlayıb.
Qeyd edək ki, Biləsuvar rayonunda əkinəyararlı 52 min hektar suvarılan sahə mövcuddur. Ötən təsərrüfat ilində rayonda 6 745 hektar sahədə pambıq əkilib. Becərilmiş hər hektardan 27 sentner məhsul əldə edilib.