26 C
Baku
Saturday, April 20, 2024

Bu il bitki və bitkiçilik məhsullarında aşkarlanan uyğunsuzluqlarla bağlı İrana 165 bildiriş göndərilib

Həyata keçirilən tədbirlər çərçivəsində ölkəmizə idxal olunan bitki və bitkiçilik məhsullarında aşkarlanan uyğunsuzluqlarla bağlı Agentlik tərəfindən ixracatçı ölkələrə ümumilikdə 320 bildiriş göndərilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Bunlardan İran İslam Respublikasına 165, Belarus Respublikasına 76, Rusiya Federasiyasına 33, Türkiyə Respublikasına 30, Ukrayna Respublikasına 6, Pakistan Respublikasına 5, Gürcüstan Respublikasına 2, Niderland Krallığına  1, Xorvatiya Respublikasına 1, İspaniya Krallığına 1 bildiriş göndərilib. Aşkar edilmiş uyğunsuzluqlarla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq bəzi məhsul partiyaları məhv edilib və geri qaytarılması təmin olunub.

AQTA bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması istiqamətində tədbirləri davam etdirir.

Uyğunsuzluqlarla bağlı məlumat aşağıdakı kimidir:

2023-ci il ərzində göndərilən notifikasiyalar barədə məlumat

Ölkə üzrə Məhsul Say Aşkarlanan uyğunsuzluq Say
İran İ.R Portağal 74 Sitrus tristeza virusu 74
Kivi 34 Tut qalxanlı yastıcası 33
Tut qalxanlı yastıcası/Yaponiya yalançı çanaqlı yastıcası 1
Ərzaqlıq kartof 33 Kartofun qonur çürüməsi 25
Kartofun halqavari çürüməsi 6
Kartof gövdə nematodu 2
Bibər 19 Pomidor meyvələrinin qonur qırışıqlıq virusu 19
Narıngi 2 Sitrus tristeza virusu 2
Kivi/Portağal 2 Sitrus tristeza virusu/Tut qalxanlı yastıcası 2
Sarımsaq 1 Gövdə nematodu 1
Cəmi 165   165
Belarus Ərzaqlıq kartof 76 Kartofun halqavari çürüməsi 75
Kartofun qonur çürüməsi 1
Cəmi 76 76
Rusiya Ərzaqlıq kartof 16 Kartofun halqavari çürüməsi 15
Kartofun qonur çürüməsi 1
Toxumluq kartof 16 Kartofun halqavari çürüməsi 15
Gövdə nematodu 1
Buğda 1 Qəhvəyi mərmər bağacığı 1
Cəmi 33   33
Türkiyə Narıngi 18 Sitrus tristeza virusu 18
Portağal 6 Sitrus tristeza virusu 6
Dekorativ bitki 2 Tut qalxanlı yastıcası 2
Pomidor toxumu 2 Pomidor meyvələrinin qonur qırışıqlıq virusu 2
Ərzaqlıq kartof 1 Kartofun halqavari çürüməsi 1
Toxumluq kartof 1 Kartofun halqavari çürüməsi 1
Cəmi 30   30
Ukrayna Toxumluq kartof 6 Kartofun halqavari çürüməsi 3
Kartof gövdə nematodu 3
Cəmi 6 6
Pakistan Ərzaqlıq kartof 5 Kartofun halqavari çürüməsi 5
Cəmi 5 5
Gürcüstan Bibər 1 Pomidor meyvələrinin qonur qırışıqlıq virusu 1
Ərzaqlıq kartof 1 Kartofun halqavari çürüməsi 1
Cəmi 2 2
Niderland Bibər toxumu 1 Pomidor meyvələrinin qonur qırışıqlıq virusu 1
Cəm 1 1
Xorvatiya Fındıq tingi 1 Fındıqda bakterioz 1
Cəmi 1 1
İspaniya Bibər toxumu 1 Pomidor meyvələrinin qonur qırışıqlıq virusu 1
Cəmi 1   1
Yekun 320   320
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər