21 C
Baku
Monday, July 22, 2024

Bu il BP və tərəfdaşları Azərbaycandakı sosial layihələrə 3,5 milyon dollar xərcləyib

Bu ilin ilk yarısında BP və tərəfdaşları Azərbaycandakı sosial investisiya layihələrinə 3,5 milyon dollar xərcləyib.

“BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

Cari ilin yanvar-iyun aylarında BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 3,5 milyon dollar xərcləyib.

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər