14 C
Baku
Saturday, November 16, 2024

Bu il Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 2.7 dəfə artıb

Cari ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri 4,36 faiz azalaraq təqribən 37,3 milyon dollar, əsaslı xərclər isə 2,7 dəfə artaraq təxminən 8 milyon dollar olub.

Hesabat dövrü ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,1 milyon kubmetr olub.

Xatırladaq ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Mənbəazərtac
Son xəbərlər
Digər xəbərlər