28 C
Baku
Saturday, July 27, 2024

Bu il dünyanın dövlət borclarında tarixi rekord vurula bilər

Bu ilin yekununa görə dünyanın məcmu dövlət borclarının məbləği tarixin ən yüksək həddinə çata bilər.

Bu barədə Böyük Britaniyanın “Janus Henderson” idarəçilik şirkətindən bildirilib.

Belə ki, həmin göstəricinin il ərzində 9,5 faiz artaraq 71,6 trilyon dollara çata biləcəyi güman edilir.

Bununla yanaşı, ölkələrin dövlət borclarına çəkdiyi məsrəflərin də il ərzində 14,5 faiz, yəni 1,16 trilyon dollar arta biləcəyi qeyd olunur.

Ötən il dünyanın məcmu dövlət borcu 7,8 faiz artaraq 65,4 trilyon dollara çatmaqla yanaşı, həmin borclarla bağlı məsrəflərin həcmi 1 trilyon dollar kimi tarixin ən aşağı həddinə enib.

 

 

Son xəbərlər
Digər xəbərlər