2022-ci ilin yanvar-fevral aylarında 88.3 min pensiya, müavinət, təqaüd təyinatı vətəndaşların müraciətinə və sənəd təqdimatına ehtiyac qalmadan, e-qaydada (proaktiv qaydada) aparılıb. Onlardan 2.3 mini pensiya, 86 mini müavinət və təqaüd təyinatları olub.
Banker.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektron qaydada həyata keçirilir.