Cari ilin yanvar-sentyabr aylarında quşçuluq müәssisәlәrindә diri çәkidә 51.8 min ton (keçәn il 50.2 min ton) quş әti vә 601.7 milyon әdәd (keçәn il 553 milyon әdәd) yumurta istehsal olunub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ümumilikdә, bu müәssisәlәr üzrә cәmi quşların sayı 11 687.1 min baş (keçәn il 13 480.8 min baş) olmuş, hәr yumurtlayan toyuqdan orta hesabla 151 әdәd (keçәn il 148 әdәd)
yumurta alınıb.
Belə ki, quşçuluq müəssisələrində quşların sayı 1 milyon 794 min baş və yaxud 13.3% azalıb.