23 C
Baku
Monday, September 16, 2024

Bu il fındıq ixracı təxminən 64 milyon dollar valyuta qazandırıb

2023-cü ilin yanvar-iyul ayında Azərbaycandan 64 milyon 323 min dollar dəyərində 12 920 ton fındıq ixrac edilib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 8.3% artıb, miqdar ifadəsilə 21% artıb.

2022-ci ilin yanvar-iyul ayında Azərbaycandan 59 milyon 385 min dollar dəyərində 10 677 ton fındıq ixrac edilmişdi.

Bir ton fındığın orta ixrac qiyməti 2022-ci ildəki 5 min 562 dollardan 4 min 979 dollara düşüb (583 dollar azalıb).

Son xəbərlər
Digər xəbərlər