22 C
Baku
Thursday, May 2, 2024

Bu il GUAM liderlərinin sammiti keçiriləcək

Bu il GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ölkələrinin liderlərinin sammiti olacaq.

Bu barədə cavab olaraq Moldovanın XİN rəhbəri Niku Popesku deyib.

O bildirib ki, GUAM-ın persektivi yaxşıdır.

“Bildiyiniz kimi, bu il təşkilata sədrliyi Moldova edəcək. Biz ölkələr arasında siyasi dialoqu gücləndirmək istəyirik. Bu il GUAM-a üzv dövlətlərin dövlət və hökumət başçılarının sammiti də planlaşdırılır, bunun detalları üzərində işləyirik. Biz həmçinin sektoral əməkdaşlığı gücləndirmək istəyirik, bura – nəqliyyat, enerji, ərzaqların çatdırılması və s. məsələlər daxildir. GUAM-ın praktiki tərəfləri çoxdur. Bildiyiniz kimi, bu təşkilat həmrəylik, ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı dəstəyi təşviq etmək üçün yaradılıb. Və biz indi də bu məsələlərlə bağlı koordinasiyalı əməkdaşlıq aparırıq”, – Popesku vurğulayıb.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər