24 C
Baku
Thursday, September 29, 2022

Bu il Gürcüstandan Azərbaycana 122 avtomobil gətirilib

Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 3 mln. 152,9 min ABŞ dolları dəyərində 122 ədəd avtomobil gətirilib. Bu barədə “APA” Gürcüstanın Statistika Xidmətinə istinadən məlumat verib.

Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin iki ayı ilə müqayisədə 48 ədəd çoxdur. Məbləğ baxımından isə bu rəqəm 759 min dollar və ya 31,7% çoxdur.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayında Gürcüstandan Azərbaycana 2 mln. 393,9 min dollar məbləğində 74 ədəd avtomobil gətirilib.

Son xəbərlər
Oxşar xəbərlər