13 C
Baku
Friday, November 22, 2024

Bu il güzəştli kreditlərin 71%-i regionların payına düşüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda verilmiş güzəştli kreditlərin 71 %-i regionların (Bakı, Sumqayıt və Abşeron istisna olmaqla) payına düşüb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xalıyev deyib.

“2022-ci ildən işğaldan azad edilmiş ərazilərdə 7 sahibkarlıq subyekti üzrə 14 milyon manatdan çox güzəştli kredit ayrılıb. 2020-ci ildə Fonda daxil olan müraciətlərin 17 %-ə, 2021-ci ildə 15 %-nə, 2022-ci ildə 10 %-nə, 2023-cü ildə 2,8 %-nə imtina verilib. Həmin illərdə müvafiq olaraq 908, 1902, 2726 və 3276 layihəyə müsbət baxmışıq”, – deyə Fond sədri əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər