Bu il İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) ötən illə müqayisədə təxminən 10 milyon manat çox – 140 milyon manat güzəştli kredit verməyi planlaşdırır.
Bunu Fondun sədri vəzifəsini icra edən Osman Xaliyev bildirib.
“2022-ci ildə Fondun institusional bazasının daha da gücləndirilməsi, həmçinin, fəaliyyət planına uyğun olaraq hədəflər, o cümlədən elektronlaşma üzrə işlərin davam etdirilməsi planlaşdırılır”, – deyə o, əlavə edib.
Xatırladaq ki, SİF 2021-ci ildə 130,6 milyon manat güzəştli kredit verib.