12 C
Baku
Wednesday, December 11, 2024

Bu il ICO vasitəsilə nə qədər pul oğurlanıb?

Banker.az xəbər verir ki, 2017-ci ildə ICO vasitəsilə 3,5 milyard dollar cəlb olunub ki, bu məbləğin də 300 milyon dolları cinayətkarlar tərəfindən oğurlanıb.

Bu statistikanı “Kasperski laboratoriya”-sı təqdim edib.

ICO sahəsində 60 mindən çox insan fırıldaqçıların fəaliyyətindən ziyan görüb. Xakerlərin ICO prosesinə bu qədər maraq duyması ilk növbədə iştirakçıların yatırdığı iri məbləğ ilə əlaqədardır. Belə ki, orta statistik investor ICO gedişində 5 min dollar yatırım.

Xakerlər tərəfindən populyarlıqla istifadə olunan ikinci vasitə fişinq saytların yaradılması, üçüncü üsul isə spam məktublardır. Bu spam məktubların müəllifləri investorları saxta ICO-lara pul yatırmağa inandırırlar.

ICO ilə edilən fırıldaqçılığın dördüncü üsulu vəsaitlərin təşkilatçılar tərəfindən oğurlanmasıdır.

Son xəbərlər
Digər xəbərlər