30.8 C
Baku
Tuesday, July 15, 2025

Bu il ilk dəfə ADA Universitetinə dövlət sifarişi əsasında yerlər açılacaq

“Bu il dövlət sifarişli yerlərin sayı 2 faiz artıb”.

Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, ali təhsil müəssisələrinə qəbul olunanların 46.69 faizi dövlət sifarişi ilə təhsil ala biləcək:

“Onların 53.31 faizi isə ödənişli əsaslarla təhsil alma şansı əldə edəcəklər”.

DİM sədri əlavə edib ki, bu il ilk dəfə ADA Universitetinə dövlət sifarişi əsasında yerlərin açılması nəzərdə tutulur:

“Abituriyent 4″ jurnalında plan yerləri barədə məlumatlar dərc ediləcək”.

M.Abbaszadə həmçinin vurğulayıb ki, dövlət sifarişli yerlərin yalnız 5-8 faizini rus bölməsinin abituriyentləri qazana bilirlər:

“Dövlət sifarişli yerlər üçün Azərbaycan və rus bölmələrinin abituriyentləri eyni zamanda müraciət edir. Azərbaycan bölməsi üzrə müraciət edənlərin sayı daha çox olduğu üçün bu yerlərin böyük əksəriyyətini həmin bölmə üzrə təhsil alanlar tutur”.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər