Bu il kərə yağının 1 kq-nın idxalına 1$ daha ucuz xərc çəkirik – statistika

0

Azərbaycan Respublikası ərazisinə 2019-cu ilin yanvar- may ayları ərzində 5,44 min tonqluq kərə yağı və ya süddən hazırlanmış digər yağlar daxil olub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu  barədə 2019-cu il üzrə idxal olunan malların siyahısında deyilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

İdxal olunan kərə yağının ümumi həcmi isə 27,16 mln. ABŞ dolları təşkil edib. Bu da idxal olunan kərə yağının 1 kq üzrə $5 xərc çəkilməsi deməkdir.

Bildirək ki, Azərbaycana 2018-ci ilin eyni dövrü ərzində 6,14 min tonluq kərə yağı məhsulu idxal olunmuşdu və bu məhsulun ümumi dəyəri isə $36,36 mln. xərc çəkmişdi. Yəni, 2018-ci ilin eyni dövründə kərə yağının hər kq-na $6 xərcə çəkilmişdi.