12 C
Baku
Saturday, November 23, 2024

Bu il Kənd Təsərrüfatı Nazirliyinin qarşısında duran əsas vəzifələri açıqlayıb

2022-ci il üçün Kənd Təsərrüfatı Nazirliyinin qarşısında duran əsas məqsədlərdən biri iqlim dəyişikliyinin təsirinin neytrallaşdırması, su resurslarının səmərəli istifadə edilməsi, suya qənaət edən texnologiyaların tətbiqinin genişləndirilməsi siyasətinin təşviqidir.

Bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

O bildirib ki, yeni texnologiyalar bitkilərin ehtiyaclarının daha çevik qiymətləndirilməsinə imkan verir.

“Nazirlik rəqəmsal kənd təsərrüfatı pilot layihəsini Quba-Xaçmaz regionunda tətbiq edir. Nəticədə, fermərlərə operativ məlumatlar göndərilir. Bu il belə operativ texnologiyaların tətbiq olunacağı ərazilərin genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, müasir suvarma sistemlərinin əkin sahələrində payının artırılmasını da hədəfləmişik.

Müasir toxumçuluğun inkişafında iki məsələ nəzərdə tutulur. Sertifikatlı toxumlardan, yəni keyfiyyətli toxumalardan istifadənin genişləndirilməsi və yerli toxum üzrə potensialın gücləndirilməsi də prioritetdir.

Bizdə elə toxumçuluq və tingçilik şirkətləri yaranıb ki, onlar beynəlxalq sertifikasiyadan keçərək yaxın vaxtlarda region ölkələrinə məhsul ixrac edəcək. Bu il heyvanların identifikasiya sisteminin tətbiq edilməsi nəzərdə tutulur. Həmçinin, intensiv fermanın genişləndirilməsi kimi çağırışlar var. Fermerlərə məsləhət informasiya xidməti sisteminin yenidən qurulması və bütün fermerləri əhatə edən sistemin yaradılması əsas vəzifələrdəndir”, – deyə F.Fikrətzadə deyib.

 

 

Son xəbərlər
Digər xəbərlər