18 C
Baku
Friday, November 22, 2024

Bu il Naxçıvan Regional DOST Mərkəzinin açılışı nəzərdə tutulur

“2024-cü ildə Naxçıvan Regional DOST Mərkəzinin açılışı nəzərdə tutulur”.

Bunu 2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazir Ceyhun Cəlilov deyib. Nazir bildirib ki, mərkəzin açılışı ilin ilk yarısına təsadüf edəcək: “Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində də vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi məqsədilə Regional DOST Mərkəzinin filiallarının layihələndirmə işlərinə başlanıb. 2025-ci ildə həmin filialların mərhələli şəkildə açılışı planlaşdırılır”.

Ceyhun Cəlilov, həmçinin vurğulayıb ki, Naxçıvan İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi yaradılacaq: “Kəngərli rayonunda baxımsız, kimsəsiz və ya sosial təhlükəli vəziyyətdə olan, yetkinlik yaşına çatmayanlar üçün sosial reabilitasiya, Şərurda əlillik müəyyən edilmiş şəxslər üçün psixonevroloji sosial xidmət mərkəzi, Şahbuz və Ordubad rayonlarında 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər üçün günərzi qayğı mərkəzləri, Culfada məişət zorakılığından zərər çəkənlər üçün sosial reabilitasiya mərkəzi, Sədərəkdə insan alveri qurbanları üçün yardım mərkəzi də yaradılacaq”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər