10 C
Baku
Wednesday, March 12, 2025

Bu il Naxçıvan şəhərində Regional DOST Mərkəzi istifadəyə veriləcək

Naxçıvan şəhərində Regional DOST Mərkəzi inşa olunur və bu il istifadəyə veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu barədə Naxçıvan Muxtar Respublikasında əmək və məşğulluq, sosial müdafiə sahələrində aparılan işlərə və qarşıda duran vəzifələrə dair keçirilən infosessiyada bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işlərinin Naxçıvan Muxtar Respublikasını da əhatə etdiyini diqqətə çatdırıb. Nazir muxtar respublikanın bütün rayon mərkəzlərində DOST filiallarının yaradılmasının nəzərdə tutulduğunu, bununla bağlı layihələndirmə işlərinin artıq yekunlaşdığını qeyd edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər