15 C
Baku
Friday, April 26, 2024

Bu il Naxçıvanda açılan bank hesablarının sayı 26% azalıb

Bu ilin 1 dekabr tarixinə Naxçıvan Muxtar Respublikasının banklarında açılmış bank hesablarının sayı 79 943-ə çatıb.

Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən, bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 16 375 ədəd və ya 25,76% çoxdur. Bu hesabların da 70 542-si və ya 88,2%-i aktiv hesablardır.

Bu ilin yanvar-noyabr aylarında banklarda 17 747 hesab açılıb ki, bu dea 2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 6 368 və ya 26,41% azdır. Bunun da 17 611-i aktiv hesablar olub.

Bu ilin 11 ayında muxtar respublikada quraşdırılmış POS-terminalların sayı bu ilin 1 dekabr tarixinə 1 272-yə çatıb ki, bu da ötən illə müqayisədə 12 ədəd və 0,68% POS-terminal çoxdur.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər