Sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyinin verilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun yaradılması özəl sektorun maliyyə ehtiyacının qarşılanmasına öz töhfəsini verib.
Ötən il fond tərəfindən 96 ailə təsərrüfatına 1 milyon 441 min 100 manat maliyyə dəstəyi göstərilib. Bu dövrdə sahibkarlara 7 milyon 184 min 600 manat güzəştli kredit verilib. İl ərzində verilmiş kreditlərin iqtisadi səmərəliliyi araşdırılıb, monitorinqlər keçirilib, kreditlərin ödəmə müddətləri və vaxtında geri qaytarılması istiqamətində maarifləndirmə işləri aparılır.
Bu ildən isə iqtisadiyyatın şaxələndirilməsi məqsədilə daha geniş kapitalın ayrılması planlaşdırılır.