14 C
Baku
Sunday, November 24, 2024

Bu il Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 1% artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsi 504 milyon 863 min 200 manat təşkil edib.

Bu barədə Naxçıvan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1% çoxdur.

Bu ilin yanvar-may aylarında muxtar respublikada əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 76 milyon 252 min 100 manat olub. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1.6% çoxdur.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər