Naxçıvan Muxtar Respublikasında yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur.
Banker.az bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Komitənin hesabatına əsasən, sənaye üzrə 2022-ci ilin yanvar-oktyabr aylarında 953 milyon 501 min 400 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.3% çoxdur.