2025-ci il üçün Təhsil Tələbə Krediti Fondundan yararlanacaq tələbələrinin sayının artması planlaşdırılır.
Banker.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Tələbə Krediti Fondu məlumat verib.
Bildirilib ki, mövcud proqnozlara əsasən, 2025-ci ildə təhsil tələbə kreditlərindən faydalanan tələbələrin sayı 60 minə çatdırılacaq.
“Bunu 2024-cü ilin noyabr ayında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev qeyd edib.
Bu artım, xüsusilə aztəminatlı ailələrin üzvləri və təhsil haqqını ödəməkdə çətinlik çəkən digər tələbələr üçün daha əlverişli imkanlar yaradılmasına yönəlib.
Fond fəaliyyətə başladığı gündən etibarən Fonda məxsus elektron portala 61 mindən çox müraciət daxil olub, 48000-dən çox təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib”, – deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Təhsil Tələbə Krediti Fondu təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə dəstək olmaq məqsədilə 2021-ci ildə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb.