10 C
Baku
Thursday, December 12, 2024

Bu il neft qiymətləri 100$/bll-ə qədər bahalaşacaq – “JP Morgan”

Sentyabr ayında Rusiyanın hasilatı azaltmağa keçməsindən sonra neft qiymətləri bir barel üçün 100 dollara qədər yüksələ bilər.

Banker.az xəbər verir ki, bu barədə “JP Morgan” bankı məlumat yayıb.

Qeyd edir ki, ABŞ qiymətləri cilovlamaq üçün strateji neft ehtiyatlarından istifadə edəcək.

“Rusiyanın hərəkətləri Brent markalı neftin qiymətini artıq apreldə 90 dollara, may ayına qədər 90 dolların ortalarına və sentyabra qədər 100 dollara yaxınlaşa bilər və bu, seçkilər ərəfəsində ABŞ administrasiyasına təzyiqi davam etdirə bilər”- deyə, nüfuzlu bank “JP Morgan”nın açıqlamasında bildirilir.

Bank dekabr ayından sonra neft qiymətlərinin 18% artdığını əlavə edib.

“JP Morgan” hesab edir ki, neft qiymətlərindəki sıçrayış OPEC və onun müttəfiqlərini və ya OPEC+-ı könüllü hasilatın azaldılmasını yüngülləşdirməyə inandıracağı gözlənilirdi, lakin Rusiya bunun əvəzinə martın əvvəlində hasilatı gündəlik 471 min barel azaldacağını vəd edir. OPEC+ üzrə razılaşdırılmış hasilat limitlərinə çatmaq üçün iyun ayında xam neft hasilatı gündəlik 9 milyon barelə çatacaq.

Lakin Brent neftinin bareli 100 dollara yüksəlməsi bir çox problemlərə yol açır. Benzin qiymətləri hər qalon üçün 4 dollar ola bilər. Belə olacağı təqdirdə ölkədə seçki ərəfəsində yüksək təzyiqlər yaradır ki, buna görə də cari hökumət əlindəki Strateji Neft Ehtiyatlarından istifadəyə məcbur olacaq. Hökumətin əlində 60 mln. barelik bazara əlavə ehtiyatlardan neft çıxarma gücü var.

2022-ci ildə prezident Co Baydenin administrasiyası Rusiyanın Ukraynanı işğal etməsindən sonra benzinin qiymətini aşağı salmaq üçün 6 dəfə ABŞ-ın strateji neft ehtiyatından 180 milyon barrel neft satıb.

 

Son xəbərlər
Digər xəbərlər