2024-cü ilin ilk yeddi ayında Azərbaycan 14 milyon 696 min ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu da təqribən 106.49 milyon barellik ixrac deməkdir.
Banker.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən 7 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 9.22 mlrd. dollardır.
Hesabat dövrü ərzində ixrac edilən xam neftin həcmi 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 5.44 %, dəyəri isə 2.32 % azdır.
Xam neftin bir tonunun orta dəyəri 2024-cü ilin ilk 7 ayında təqribən 627 dollar olub. Halbuki, 2023-cü ilin eyni dövründə bu göstərici 608 dollar idi və bununla da Azərbaycan illik müqayisədə hər tonda 20 dollar əlavə gəlir əldə etmiş olub.
2024-cü ildə neftin hər tonda 20 dollar baha olması ölkəyə əlavə 293,92 mln. dollar valyuta gəlməsinə səbəb olub.