10 C
Baku
Wednesday, December 11, 2024

Bu il Oğuzda barama istehsalının 12,8 tona çatdırılması proqnozlaşdırılır

Builki mövsümdə Oğuz rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 3,9 ton artırılaraq 12,8 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi üçün kümçülərə 320 qutu və ya 6,1 kiloqram ipəkqurdu paylanılıb.

Bu barədə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, cari mövsümdə ipəkqurdunun yemlənməsi ilə 130-dək kümçü ailəsi məşğul olur.

Xatırladaq ki, oğuzlu kümçülər ötənilki mövsümdə 8 ton 892 kiloqram yaş barama istehsal ediblər. Barama istehsalı əvvəlki illə müqayisədə 3,7 ton artıb. Ötən il rayon üzrə 120 nəfər barama istehsalçısına “Azəripək” MMC-yə təhvil verdikləri yaş barama məhsuluna görə 43 min 881,6 manat subsidiya ödənilib.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər