2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan xaricə gedən ölkə vətəndaşlarının sayı 1 106,7 min nəfər olub.
Banker.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə xaricə gedən ölkə vətəndaşlarının sayı 4.2 dəfə azalıb.
Məlumata görə, xaricə gedənlərin 70,1%-ni kişilər, 29,9%-ni qadınlar təşkil edib.
Qeyd edək ki, vətəndaşların 30,3%-i İrana, 27,2%-i Gürcüstana, 19,2%-i Rusiyaya, 14,6%-i Türkiyəyə, 8,7%-i digər ölkələrə səfər edib.